AZ

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə medaitur FOTOLAR

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

16 dekabrda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə Komitənin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə (UADM) mediatur təşkil edilib.

"Cebheinfo.az" xəbər verir ki, mediaturun məqsədi Şüvəlan UADM-in fəaliyyət istiqamətləri və göstərdiyi xidmətlərlə media nümayəndələrini yaxından tanış etmək olub.

Tədbir çərçivəsində Mərkəzin direktoru Sitarə Əhmədova çıxış edərək bildirib ki, icma əsaslı xidmətlərin gücləndirilməsi və əhali ilə aparılan işlərin səmərəliliyinin artırılması mərkəzlərin fəaliyyətində əsas yer tutur.

O qeyd edib ki, Uşaq və Ailələrə Dəstək Mərkəzi həssas qruplardan olan qadın və uşaqlara sosial, psixoloji, hüquqi dəstəyin göstərilməsi istiqamətində uğurlu nəticələr əldə edir.

S. Əhmədova inkişafetdirici məşğələlər, Denver II qiymətləndirmə proqramı, həmçinin psixoloq otaqlarının fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra sosial iş üzrə mütəxəssis Aysun Kərimova Mərkəzin fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib. Psixoloq Aytəkin Məmmədova isə Mərkəzdə həyata keçirilən psixoloji xidmətlər barədə məlumat verib.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
112
2
cebheinfo.az

3Mənbələr