AZ

Bitki mənşəli məhsulların ixracında fitosanitar tələblərə uyğunluq təmin edilir

 

Bitki mənşəli məhsulların ixracı zamanı idxalçı ölkələrin fitosanitar tələblərinə uyğunluq təmin edilir, fitosanitar sertifikatlar beynəlxalq standartlara uyğun olaraq verilir. Bu sahədə rəqəmsallaşmanın və şəffaflığın artırılması məqsədilə Azərbaycan Respublikası Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının (IPPC) “E-Fito” (ePhyto) sisteminə qoşulub. Sözügedən sistem fitosanitar sertifikatların elektron formada tərtib olunmasına, mübadiləsinə və qarşılıqlı tanınmasına imkan yaradır.

Bununla yanaşı, fitosanitar sahədə institusional və normativ bazanın təkmilləşdirilməsi məqsədilə Agentlik tərəfindən “Bitki sağlamlığı haqqında” qanun layihəsi hazırlanıb. Qanun layihəsinin qəbul edilməsi fitosanitar sahədə şəffaflığın artırılmasına, dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsinə, fermer və sahibkarlar üçün aydın və proqnozlaşdırıla bilən tənzimləmə mühitinin formalaşdırılmasına şərait yaradacaqdır. 

 

Seçilən
113
1
anews.az

2Mənbələr