"Bavariya"nın futbolçusu Camal Musiala zədəsini sağaltmaq üzrədi. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu yeni mövsümdə hələ meydana çıxmayıb. Buna səbəb onun yayda Klublararası Dünya Çempionatında baldır sümüyünün sınması və topuğunu çıxması olub.
Musialanın əsas komanda ilə məşqi uzun çəkməyib. O, komanda yoldaşları ilə birlikdə isinmə hərəkətlərində iştirak edib, bir neçə tapşırıq yerinə yetirib, daha sonra isə yenidən fərdi bərpa prosesinə qayıdıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta