AZ

Yer kürəsi daha tez-tez silkələnəcək: Vanqanın 2026-cı il üçün proqnozları

Məşhur bolqar kahini Vanqanın ekoloji fəlakətlər, geosiyasi risklər və texnoloji inkişaflarla bağlı proqnozlarının bir hissəsi 2026-cı ilə aid edilir. Onun söylədikləri qlobal miqyasda mümkün təhdidlər və dəyişikliklər fonunda yenidən gündəmə gəlib.

Ekoloji fəlakətlər riski

Vanqa dəfələrlə insan fəaliyyətinin ətraf mühitə təsiri ilə bağlı xəbərdarlıqlar edib. Onun proqnozlarına əsasən, 2026-cı ilə qədər bəşəriyyət qlobal istiləşmə, təbii ehtiyatların tükənməsi və dağıdıcı təbii hadisələr kimi ciddi ekoloji problemlərlə üzləşə bilər.

Kahinin iddialarına görə, Yer kürəsi daha tez-tez “silkələnəcək”, bir çox sahil əraziləri isə su altında qala bilər. Bu proqnozlar güclü zəlzələlər, vulkan püskürmələri və ekstremal hava hadisələrinin artması ehtimalı ilə əlaqələndirilir.

Qlobal münaqişə təhlükəsi

Vanqa 2026-cı ildə beynəlxalq münasibətlərdə gərginliyin daha da artacağını da istisna etməyib. Onun peyğəmbərliklərinə görə, aparıcı dövlətlər arasında ziddiyyətlərin dərinləşməsi genişmiqyaslı hərbi münaqişə riskini artırır.

Xüsusilə Yaxın Şərq, Cənub-Şərqi Asiya və Cənubi Asiya regionlarında mövcud gərginliyin qlobal eskalasiya ehtimalını gücləndirdiyi qeyd olunur.

Texnoloji sıçrayışlar və yeni risklər

Vanqanın proqnozlarında texnoloji tərəqqi də xüsusi yer tutur. O, 2020-ci illərin ortalarına doğru elmin yeni zirvələrə çatacağını, “görünməz qüvvələrin ram ediləcəyini” və bunun tibb, rabitə və digər sahələrdə inqilabi yeniliklərə yol açacağını iddia edib.

Bu çərçivədə kvant hesablamalarında irəliləyişlər, gen mühəndisliyi sahəsində kəşflər və müstəqil qərarvermə qabiliyyətinə malik süni intellekt sistemlərinin yaradılması ehtimalı qeyd olunur. Bununla yanaşı, bu inkişafların yeni təhlükələr də yarada biləcəyi vurğulanır.

Resurs çatışmazlığı riski

Vanqanın proqnozlarına görə, 2026-cı ildə bir sıra regionlarda su və ərzaq qıtlığı kəskinləşə bilər. Bu vəziyyətin kütləvi miqrasiya dalğalarına və sosial gərginliklərin artmasına səbəb olacağı istisna edilmir.

Qeyd edək ki, Vanqanın proqnozları elmi əsaslara söykənmir və daha çox mistik baxışlar kimi qiymətləndirilir. Bununla belə, onun söylədikləri qlobal risklər fonunda cəmiyyətin diqqətini gələcək təhlükələrə yönəltmək baxımından müzakirə mövzusu olaraq qalır.

Seçilən
142
veteninfo.az

1Mənbələr