Bakı, 17 dekabr, AZƏRTAC
Doğma rayonumdan çıxanda 37 yaşım var idi, bu gün isə 70 yaşım var. Bu günə çox şükür edirəm ki, yenidən öz rayonuma qayıdıram. Allah ölkəmizə əmin-amanlıq və sülh nəsib etsin.
AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Camal Adıgözəlov deyib.
Doğma yurda qayıdışın qürurverici olduğunu qeyd edən C.Adıgözəlov şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.