AZ

Məcnun Məmmədov: Ötən il 32 Aqrar Biznes Festivalı keçirilib

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı mühüm yer tutur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Nazir bildirib ki, regionların dayanıqlı inkişafı üçün möhkəm əsaslar formalaşdırılıb. Onun sözlərinə görə, rəqəmsal həllərin tətbiqi və ekoloji cəhətdən dayanıqlı istehsala keçid dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir.

Məcnun Məmmədov vurğulayıb ki, torpaq və su ehtiyatlarından səmərəli istifadə kənd təsərrüfatının inkişafı üçün zəruridir. O qeyd edib ki, il ərzində 32 Aqrar Biznes Festivalı baş tutub və bu festivallar çərçivəsində 10 milyon manatdan artıq satış həyata keçirilib.

Nazir əlavə edib ki, sözügedən tədbirlər kiçik və orta sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
114
bakivaxti.az

1Mənbələr