Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ-li boksçu Terens Krouford peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, beş çəki dərəcəsində dünya çempionu olan boksçu qərarını sosial şəbəkələrdə paylaşdığı foto ilə ictimaiyyətə çatdırıb.
“Sübut edəcək heç nəyi qalmayan böyük biri kimi gedirəm” – T.Krouford şərhində yazıb.
Məlumat üçün əlavə edək ki, 38 yaşında rinqdən məğlubiyyətsiz ayrılan Krouford karyerası ərzində ardıcıl 42 qələbə qazanıb. Onlardan 31-i nokautla başa çatıb ki, bu da onun gücünü göstərir.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.