Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin "ENOC Group" arasında kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq istiqamətlərində əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu barədə FED.az-a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və "ENOC Group"un İdarə Heyətinin üzvü və baş icraçı direktoru Hussein Lutah ilə keçirilən görüşdə aparılıb.
Görüşdə şirkətlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib, cari ilin noyabrında SOCAR ilə "Dragon Oil" arasında imzalanan Anlaşma Memorandumunun əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olunub.
Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə, o cümlədən qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.