AZ

Ermənistan XİN rəhbəri Lüksemburq Parlamentinin sədri ilə regional məsələləri müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburq Deputatlar Palatasının sədri Klod Visler ilə görüşüb.

Missiya.Az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mirzoyan və Lüksemburq Parlamentinin sədri Ermənistan-Avropa İttifaqı (Aİ) strateji gündəliyinin bir hissəsi olan proqramların həyata keçirilməsinə hazır olduqlarını bəyan ediblər.

Qeyd olunub ki, görüşdə regional məsələlər ətraflı müzakirə olunub. Mirzoyan qonşularla münasibətlərin normallaşdırılması proseslərini təqdim edib. Regional kommunikasiyaların inkişafı üçün yaradılan imkanlar barədə fikir mübadiləsi aparılıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
123
missiya.az

1Mənbələr