AZ

Kanadalı professor AzMİU-da akademik səfərdədir – Qabaqcıl İKT məsələləri müzakirə olunur (FOTO)

Bakı. Trend:

Tanınmış alim, kompüter elmləri üzrə beynəlxalq səviyyəlimütəxəssis, Kanadanın Vaterloo Universitetinin Devid R.Çeritonadına Kompüter Elmləri Məktəbinin Riyaziyyat fakültəsində tədqiqatüzrə dekan müavini, professor Raouf Boutaba Azərbaycan Memarlıq vəİnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ilə əlaqədarolaraq ali təhsil ocağında akademik səfərdədir.

Bir həftə davam edəcək səfər çərçivəsində professor RaoufBoutaba müxtəlif mövzularda elmi seminarlar keçirəcək, ali təhsilocağının rəhbərliyi, professor-müəllim heyəti və tələbələrləgörüşəcək. Səfərin əsas məqsədi müasir informasiya texnologiyalarısahəsində qabaqcıl elmi yanaşmaların paylaşılması, elmi-tədqiqatəməkdaşlıqlarının müzakirəsi və gənc tədqiqatçıların beynəlxalqelmi mühitə inteqrasiyasının təşviqidir.

Akademik səfər çərçivəsində ilk elmi seminar AzMİU Mexanika vəİnformasiya Texnologiyaları fakültəsində baş tutub. Tədbirdə müasirşəbəkə texnologiyaları, bulud hesablama sistemləri, şəbəkəvirtualizasiyası, proqram təminatlı şəbəkələr, eləcə də gələcəkinternet arxitekturaları ilə bağlı aktual elmi mövzular müzakirəolunub. Seminar zamanı bu sahələrdə mövcud çağırışlar, innovativhəllər və perspektiv tədqiqat istiqamətləri ətrafında geniş fikirmübadiləsi aparılıb.

Tədbirdə çıxış edən AzMİU-nun elmi işlər üzrə prorektoru, AzMİUAli riyaziyyat kafedrasının professoru Nigar Aslanova qonağısalamlayaraq belə nüfuzlu alimin AzMİU-da elmi seminar keçməsiniyüksək qiymətləndirib. Universitetimizdə elm və innovasiyalarıninkişafına xüsusi önəm verildiyini vurğulayan professor NigarAslanova bu cür beynəlxalq səviyyəli akademik səfərlərin elmimühitin zənginləşməsinə, tələbə və gənc tədqiqatçılarınbilik-bacarıqlarının artırılmasına mühüm töhfə verdiyini qeydedib.

Fakültənin professor-müəllim heyəti və tələbələr RaoufBoutabanın təqdimatını böyük maraqla qarşılayıb, mövzu ətrafındasuallar ünvanlayaraq geniş müzakirə aparıblar. Akademik səfərinnövbəti günlərində də müxtəlif ixtisaslar üzrə seminar vəgörüşlərin keçirilməsi nəzərdə tutulur.

Raouf Boutaba şəbəkə və xidmətlərin idarə olunması sahəsindədünyanın aparıcı mütəxəssislərindən hesab olunur. Onun elmimaraqları naqilli, naqilsiz şəbəkə sistemlərində resursların,şəbəkələrin və xidmətlərin idarə olunmasını əhatə edir. Alimin əsastədqiqat istiqamətlərinə şəbəkə virtualizasiyası, şəbəkəproqramlaşdırılması (network softwarization), bulud hesablama vəşəbəkə təhlükəsizliyi daxildir.

O, 2012-ci ildə “IEEE Fellow” adına layiq görülüb, 2015-ci ildəKanada Mühəndislik Akademiyasının üzvü seçilib. 2019-cu ildə isəKanadanın ən yüksək akademik mükafatlarından hesab olunan KanadaKral Cəmiyyətinə (Royal Society of Canada) üzv qəbul edilib.Hazırda çalışdığı Vaterloo Universiteti dünyanın texnologiyanəhənglərinin diqqət mərkəzindədir. Belə ki, “Google”, “Microsoft”kimi böyük şirkətlərin əməkdaşları arasında bu ali məktəbinməzunları üstünlük təşkil edir.

Alim şəbəkə idarəetməsi sahəsində ən nüfuzlu beynəlxalqmükafatlardan olan Dan Stokesberry Award (2009) və IEEE CanadaMcNaughton Gold Medal (2014) mükafatlarının laureatıdır. Dünyanınaparıcı beynəlxalq elmi konfranslarında Cənubi Koreya, Braziliyakimi ölkələrin universitetlərində dəfələrlə əsas məruzəçi qismindəçıxış edib. Onun elmi fəaliyyətinin təsir göstəricisi (h-index)64-dür.

Qeyd edək ki, AzMİU-nun 50 illik yubileyi ilə əlaqədar keçiriləntədbirlər çərçivəsində Almaniyanın Otto-von-GuerickeUniversitetinin (Magdeburq) professoru, dünya şöhrətli alimprofessor Holm Altenbach, Avstriyanın Qrats TexnologiyaUniversitetinin Riyaziyyat, fizika və geodeziya fakültəsinindekanı, funksional analiz sahəsində tanınmış alim professor JussiBehrndt da universitetimizdə akademik səfərdə olub, bir həftəərzində müxtəlif elmi seminarlar keçiblər.

Azərbaycan Memarlıq və İnşaat Universitetində bu kimi beynəlxalqsəviyyəli elmi seminarların keçirilməsi ali təhsil ocağının elminüfuzunun artırılmasına, qlobal akademik mühitə inteqrasiyasınamühüm töhfə verir, tələbə və müəllimlərin dünya səviyyəli alimlərləbirbaşa ünsiyyət qurmasına, müasir elmi trendlər, qabaqcıl tədqiqatistiqamətləri ilə yaxından tanış olmasına imkan yaradır.

Kanadalı
Kanadalı
Kanadalı
Kanadalı
Kanadalı
Kanadalı
Kanadalı
Məqalədə:
Seçilən
49
2
az.trend.az

3Mənbələr