“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi karyerasını “Mançester Siti”də davam etdirə bilər.
“Şəhərlilər” İngiltərə millisinin 25 yaşlı oyunçusunu müdafiə xəttini gücləndirmək üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
Yayda “Liverpul”a keçidi baş tutmayan Quehi “Kristal Pelas”la 2026-cı ilin 30 iyununa qədər olan müqaviləsini uzatmaq istəmir və komandadan ayrılmağa hazırdı. “Mançester Siti” isə uzun müddətdir onun inkişafını izləyir.
Klub müdafiədə ciddi yeniləmələrə hazırlaşır və Quehi uzunmüddətli perspektiv üçün ideal variant sayılır. “Kristal Pelas” isə onun pulsuz getməsinin qarşısını almaq üçün qışda satmağı da nəzərdən keçirir, çünki bir neçə top-klub maraq göstərir.
İngiltərəli futbolçu cari mövsümdə 25 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta