39 nəfər SAXLANILDI
Dekabrın 16-da ölkə ərazisində qeydə alınan 22, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Sitat.info xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 329, o cümlədən borclu şəxs qismində axtarışda olan 305 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.