Kriştiano Ronaldo FIFA-nın 2025-ci ilin ən yaxşı futbolçusu, qapıçısı və məşqçisinin müəyyənləşdirilməsi üçün keçirilən səsvermədə iştirak etməyib.
"Yeni Sabah" xəbər verir ki, onu Portuqaliya millisindəki komanda yoldaşı Bernardo Silva əvəzləyib.
Ənənəvi mükafatlandırma mərasimi Dohada baş tutub. Səsvermədə FIFA-ya üzv hər ölkədən 3 nümayəndə iştirak edir: milli komandanın baş məşqçisi, kapitanı və bir idman jurnalisti.
Xatırladaq ki, 2025-ci ilin ən yaxşı futbolçusu adına PSJ-nin hücumçusu Usman Dembele layiq görülüb. İlin ən yaxşı məşqçisi mükafatını isə Paris təmsilçisinin baş məşqçisi Luis Enrike qazanıb.
Telegram kanalımız