ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə Mərmərə dənizinin suları qəfildən sahildən 20 metr geri çəkilib.
"Unikal" xəbər verir ki, bu barədə "Habertürk" televiziya kanalı məlumat verib.
Sular çəkildin bir çox balıqçı qayığı sahilə çıxıb. Lakin telekanalın xəbər verdiyi kimi, Kandilli Rəsədxanasının alimləri sakitliyə çağırır. Mütəxəssislər izah edirlər ki, bu hadisələr meteoroloji xarakter daşıyır və atmosfer təzyiqindəki dəyişikliklərdən qaynaqlanır.
Ekspertlər, İstanbul bölgəsində gələcəkdə güclü zəlzələnin baş verə biləcəyi ilə bağlı proqnozlara baxmayaraq, hadisənin seysmik aktivliklə əlaqəli olmadığına inanırlar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.