Sitat.info portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Tanınmış rejissor Rob Reynerin kiçik oğlu valideynlərinin qətlində ittiham olunur.
Sitat.info xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
32 yaşlı Nik Reyner 14 dekabrda həbs edilib. İki gün sonra rayon prokuroru ona qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıb.
Nik Reynerə qarşı irəli sürülən ittihamlar ömürlük həbs və ya ölüm cəzası ilə nəticələnə bilər.
Mətbuatda yayılan məlumatlara görə, uzun müddətdir narkotik asılılığı ilə mübarizə aparan Nik Reyner faciədən bir gün əvvəl bayram məclisində valideynləri ilə mübahisə edib.
Qeyd edək ki, rejissor və onun həyat yoldaşının meyitləri dekabrın 15-i yaşadıqları evdə tapılmışdı.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.