AZ

Serroz ürək xəstəlikləri riskini ARTIRIR

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın Velikiy Novqorod Dövlət Universitetinin alimləri müəyyən ediblər ki, serroz təkcə qaraciyəri deyil, ürəyi də zədələyir.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Tədqiqat nəticələrinə görə, serroz zamanı miokardın yığılma qabiliyyəti azalır, bu isə sol mədəciyin hipertrofiyasına, ürək ritminin pozulmasına və miokard fibrozuna səbəb olur.

Araşdırmada iştirak edən serrozlu xəstələrin böyük hissəsində, xüsusilə xəstəliyin orta və ağır mərhələlərində, ürək disfunksiyası aşkarlanıb.

Alimlər bildirirlər ki, ürək problemləri serrozun daha sürətlə ağırlaşmasına və ölüm riskinin artmasına gətirib çıxara bilər. Bu səbəbdən serrozlu pasiyentlərdə ürək-damar sisteminin mütəmadi nəzarətdə saxlanılması tövsiyə olunur.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
redaktor.az

2Mənbələr