AZ

Arktikada temperatur tarixi rekord səviyyəyə çatıb

Bakı. Trend:

2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrınadək olanmüddətdə Arktika bölgəsində havanın temperaturu 1900-cü ildən bəriqeydə alınan ən yüksək göstəriciyə çatıb.

Trend xəbər verir ki, bubarədə ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA)açıqlama yayıb.

Qurumun hesabatında qeyd olunur ki, hava və okean sularınınisinməsi buz örtüyünün sürətlə əriməsinə və Arktikanın təbiilandşaftında ciddi dəyişikliklərə yol açıb. Bu proses dənizsəviyyəsinin qalxmasına səbəb olaraq sunami və daşqın təhlükəsiniartırır.

Bununla yanaşı, əriyən buzlaqlardan ayrılan dəmir və digərkimyəvi elementlər Arktika sularının çirklənməsinə gətirib çıxarır.Sənəddə vurğulanır ki, son on il müşahidələr tarixində Arktika üçünən isti dövr kimi qeydə alınıb.

Seçilən
229
az.trend.az

1Mənbələr