FİFA 2026-cı il dünya çempionatına biletlərin yüksək qiymətləri ilə bağlı tənqid dalğasına reaksiya verib.
Publika.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası turnirin hər oyunu üçün 45 funt sterlinq dəyərində yeni bilet kateqoriyasını təqdim edib.
Daha əvvəl Futbol Azarkeşləri Assosiasiyası qiymət siyasəti ilə bağlı FİFA ilə danışıqlar aparılması üçün bilet satışının dayandırılmasını tələb etmişdi. Xatırladaq ki, ÇM-2026-nın final oyununa “büdcə kateqoriyası” üzrə biletlərin qiyməti 4185 ABŞ dollarından başlayır.