AZ

Tayland Kambocadan atəşkəs elanı tələb etdi

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tayland bir həftədən çox davam edən toqquşmalardan sonra iki ölkə arasında hərbi əməliyyatlara son qoymaq üçün Kambocadan atəşkəs elan etməsini tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Tayland Xarici İşlər Nazirliyinin sözçüsü Marathi Nalitha Andamo Banqkokda jurnalistlərə bildirib ki, Tayland ərazisinə hücum edilən ölkə olaraq atəşkəsi ilk Kamboca elan etməlidir.

O, Kambocanın sərhəd mina təmizləmə səylərində də səmimi əməkdaşlıq etməli olduğunu vurğuladı.

Rəsmilərin sözlərinə görə, bu ay Cənub-Şərqi Asiyada iki qonşu ölkə arasında yenidən başlayan döyüşlər əsgərlər və mülki şəxslər də daxil olmaqla ən azı 34 nəfərin ölüb, təxminən 800 min insan yurd-yuvasından didərgin düşüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
1
sherg.az

2Mənbələr