AZ

“Çelsi” “Kardiff Siti”ni məğlub edərək İngiltərə Liqa Kubokunun yarımfinalına vəsiqə qazanıb VİDEO

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə Liqa Kubokunun dörddəbir final mərhələsində “Çelsi” və “Kardiff Siti” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matçda londonlular 3:1 hesabı ilə qalib gəliblər. Oyun “Kardiff Siti” stadionunda (Kardiff) baş tutub.

57-ci dəqiqədə hesabı Alexandro Qarnaço londonlularu irəli çıxarıb. 75-ci dəqiqədə Devid Ternbull cavab qolunu vurub. Qonaqların ikinci qoluna 82-ci dəqiqədə Pedro Neto imza atıb. 90+3-cü dəqiqədə Qarnaço ikinci qolunu vurub.

Turnirin hazırkı qalibi finalda “Liverpul”u 2:1 hesabı ilə məğlub edən “Nyukasl Yunayted”dir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
162
1
icma.az

2Mənbələr