AZ

İrəvanda öldürülən çeçen qızın cəsədi ORTADA QALDI – Qohumları YAXIN DURMUR

İrəvanda öldürülən çeçen qadın “sahibsiz meyit” kimi basdırıla bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Dojd” telekanalı “SK SOS” böhran qrupunun rəhbəri David İsteyevə istinadən məlumat yayıb. Qohumları sorğuya cavab vermir, hüquq müdafiəçiləri isə cəsədi götürə bilmir

Ermənistanın paytaxtı İrəvanda qətlə yetirilən Çeçenistan əsilli Ayşat Baymuradova “sahibsiz meyit” kimi dəfn edilə bilər.

İsteyevin sözlərinə görə, Ermənistan hakimiyyəti mərhumun cəsədinin təhvil verilməsi təklifi ilə onun qohumlarına rəsmi sorğu göndərsə də, heç bir cavab almayıb.

Bildirilir ki, cinayət işində Ayşat Baymuradovadan başqa rəsmi zərərçəkmiş şəxs müəyyən edilməyib. Bu səbəbdən Ermənistan hüquq-mühafizə orqanlarının cəsədi nə hüquq müdafiəçilərinə, nə də mərhumun tanışlarına təhvil vermək üçün hüquqi əsası yoxdur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
72
interpress.az

1Mənbələr