AZ

Meksika parlamentində saçyoldu

ain.az bildirir, 525.az portalına istinadən.

Meksika parlamentində şok anlar yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, məclisin qadın üzvləri mübahisəli qanun layihəsinə görə saçyolduya çıxıblar, dava düşüb.

Gündəlikdə olan qanun layihəsi fərdi məlumatlar ilə məşğul olan “şəffaflıq institutu”nun ləğvi və daha bir qurumun yaradılması olub. Şurada müzakirələr davam edərkən, Milli Hərəkat Partiyası (PAN) və Milli Yeniləşmə Hərəkatının (MORENA) üzvləri əsas şura kürsüsü ətrafında mübahisə etməyə başlayıblar.

Gərginlik artdıqca şuranın qadın üzvləri Daniela Alvarez, Yuriri Ayala, Martha Avila, Rosario Morales və Klaudiya Peres bir-birinin saçını yolaraq, itələyərək və qışqıraraq dava edib, bəzi şura üzvləri onları ayırmağa, bəziləri isə telefonla hadisəni lentə almağa çalışıblar.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
141
525.az

1Mənbələr