AZ

ABŞ bu qruplaşmanı terror təşkilatı kimi tanıdı

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

ABŞ hökuməti Kolumbiyada narkotik ticarəti ilə məşğul olan "Klan del Qolfo" qruplaşmasını terror təşkilatı kimi tanıyıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə maliyyə nazirliyinin rəsmi saytında bildirilib.

ABŞ-nin baş katibi Marko Rubio təşkilatı "qəddar və qatı cinayətkar dəstə" adlandıraraq Kolumbiya ərazisində bir sıra terror aktları törətməkdə ittiham edib. Onun sözlərinə görə, "Klan del Qolfo"nun əsas gəliri kokain ticarətindəndir.

Qeyd edək ki, noyabrın sonlarında ABŞ Venesueladakı "Günəşlər karteli"ni də terror təşkilatı kimi tanımışdı.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
101
525.az

1Mənbələr