AZ

Ryabkov: Rusiya kompromisə getməyəcək

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Donbas, Krım, Zaporojye və Xerson vilayətləri ilə bağlı mövqenin dəyişməz olduğunu bildirib. Onun sözlərinə görə, Moskva bu məsələdə heç bir formada kompromisə gedə bilməz.

Azreform.info xəbər verir ki, Ryabkov ABC News telekanalına müsahibəsində deyib ki, sözügedən ərazilərlə bağlı hər hansı güzəşt Rusiyanın dövlətçiliyinin əsas elementlərinin yenidən nəzərdən keçirilməsi anlamına gələrdi.

“Biz bu məsələ üzrə heç bir formada kompromisə gedə bilmərik. Çünki bizim fikrimizcə, bu, Konstitusiyamızda təsbit olunmuş dövlətçiliyimizin fundamental elementinin yenidən baxılması demək olardı”, – deyə Rusiya XİN rəhbərinin müavini vurğulayıb.(musavat.com)

Seçilən
69
2
azreform.info

3Mənbələr