Bloomberg: Vaşinqton rəqəmsal vergi və tənzimləmələrə görə tədbir görmək niyyətindədir...
Vaşinqton Avropa İttifaqının rəqəmsal xidmətlər vergisi və digər tənzimləmələrinə cavab olaraq, ABŞ-nin rəqəmsal xidmət təminatçılarına qarşı ayrı-seçkilik yaratdığını əsas gətirərək, Avropa şirkətlərinə qarşı məhdudiyyətlər və əlavə vergilər tətbiq edə biləcəyini açıqlayıb.
Poliqon xəbər verir ki, bu barədə ABŞ Ticarət Nümayəndəliyi (USTR) məlumat yayıb.
Məlumata görə, mümkün cavab tədbirlərinin hədəfində Siemens, Spotify, DHL, SAP, Amadeus, Capgemini, Publicis və Mistral AI kimi şirkətlər ola bilər. USTR bildirib ki, ABŞ qanunvericiliyi xarici xidmətlərə qarşı vergilər və digər məhdudiyyətlərin tətbiqinə imkan verir.
Səkkiz ABŞ texnoloji nəhəngi, Google, Meta, Amazon və digər şirkətlər üçün tətbiq olunan Avropa vergiləri və tənzimləmələr münaqişənin əsas səbəbi kimi göstərilir. Tramp administrasiyası rəqəmsal vergiləri qeyri-tarif ticarət maneəsi hesab edir və Avropa İttifaqını ABŞ-la bağlanmış ticarət sazişlərini pozmaqda ittiham edir.
Analitiklər bildirirlər ki, ABŞ-ın bu hədəsi transatlantik ticarət münasibətlərində yeni gərginlik yarada bilər və Avropa texnoloji sektorunda ciddi iqtisadi təsirlərə səbəb ola bilər. Hadisələr Avropa və ABŞ arasında texnoloji nəhənglərin vergitutma və tənzimləmə məsələlərinin beynəlxalq səviyyədə müzakirəsini aktuallaşdırır.
Poliqon.info