AZ

ABŞ miqrantların saxlanılması üçün yenidən Quantanamo bazasından istifadə etməyə başlayıb

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Kubadakı Quantanamo bazasında qeyri-qanuni miqrantların saxlanılması üçün yaradılmış mərkəzin yenidən istifadəsinə başlayıb. Hazırda orada 22 kubalı miqrant yerləşdirilib.

APA xəbər verir ki, bu barədə “The New York Times“ mənbələrə istinadən məlumat verib.

Məlumata görə, bu 22 nəfər arasında yüksək təhlükə səviyyəsinə malik qeyri-qanuni immiqrantlar kimi tanınan beş nəfər var və onlar adətən həbsxanada saxlanılır.

Qeyd edək ki, kompleks oktyabrın ortalarından etibarən boş qalmışdı. Həmin vaxt ABŞ 18 nəfəri Salvador və Qvatemalaya deportasiya etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
2
apa.az

3Mənbələr