Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABB ilə "Qarabağ" arasında memorandum imzalanıb. "Football-plus.az" xəbər verir ki, bu anlaşma “ABB-Qarabağ” kobrend kartının yaradılmasını nəzərdə tutur. Dünən keçirilən imzalama tədbirində sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və "Qarabağ"ın prezidenti Tahir Gözəl imza atıb. Tədbirdə “ABB-Qarabağ” kobrend kartının dizaynı da nümayiş olunub.Kart yaxın aylarda premium və standart növdə bazara təqdim olunacaq, müştərilər üçün bir sıra üstünlüklər yaradacaq. Belə ki, kart sahibləri kobrend kartlarla bağlı qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq oyunçularla görüşlər, komandanın oyunlarını stadionun xüsusi zonasında izləmək imkanı, ödənişlər zamanı əlavə keşbeklər, müxtəlif ticarət və xidmət məkanlarında xüsusi endirimlər və s. bu kimi imtiyazlar qazanacaq.Abbas İbrahimov “ABB-Qarabağ” kobrend kartının “Qarabağ” azarkeşlərində doğma komanda ilə bağlılığı daha da artıracağını bildirib:
“Bu kartla hər əməliyyat insanlarımıza “Qarabağ” coşğusunu yaşadacaq. Onların gündəlik həyatına xoş bir dəyər qatacaq. Bu kart ABB-nin öz müştəriləri ilə, “Qarabağ”ın isə öz azarkeşləri ilə kommunikasiya mədəniyyətində də yeni bir səhifə açacaq. Tahir Gözəl isə bunları qeyd edib: “ABB ilə tərəfdaşlığımız bu ilin yay aylarında başlayıb və qısa müddət ərzində real məzmun qazanıb. “ABB–Qarabağ” kobrend kartı azarkeşlərimiz üçün gündəlik həyatda istifadə olunan, eyni zamanda kluba bağlılıq hissini gücləndirən praktik bir alət olacaq”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.