AZ

Polşa prezidenti Zelenskini nankorluqda ittiham etdi

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Polşa Prezidenti Karol Navrotski ölkəsinin göstərdiyi yardıma görə ukraynalı həmkarı Vladimir Zelenskini nankorluqda ittiham edib.

Axar.az xəbər verir ki, Navrotski “Wiadomosci” nəşrinə müsahibəsində bu barədə deyib.

Navrotski bildirib ki, Zelenskinin son bir neçə ildə Polşanın yardımını adi bir şey kimi qəbul etdiyi təəssüratı yaranıb.

"Bizimlə danışıqlara, danışmağa ehtiyac yoxdur, çünki biz artıq iştirak etmişik və hər şeyi vermişik", - deyə o kinayəli şəkildə vurğulayıb.

Polşa lideri həmçinin Varşava ilə Kiyev arasında "tərəfdaşlıq elementi"nin itirildiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
114
1
axar.az

2Mənbələr