AZ

Niderland Ukraynaya elə bir dəstək verdi ki...

Niderland Ukraynaya 950 milyon avro dəyərində hərbi yardım paketi ayıracaq, bunun 700 milyon avrosu dronlara yönəldiləcək.

Publika.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Ruben Brekelmans öz "X" sosial şəbəkə səhifəsində məlumat verib.

Müdafiə nazirinin sözlərinə görə, bu dəstək qərarı diplomatik sahədə irəliləyiş olmasına baxmayaraq qəbul edilib, çünki münaqişə hələ başa çatmayıb. Paket çərçivəsində əlavə 250 milyon avro ABŞ silahlarının alınmasına sərf olunacaq.

“Son dəstəyimizi bildirirəm: dronlara 700 milyon avro və ABŞ silahlarına 250 milyon avro. Hamımız Ukraynanın danışıqlardakı mövqeyini gücləndirmək üçün səyləri artırmalıyıq”, – deyə Brekelmans yazıb.

Seçilən
114
publika.az

1Mənbələr