AZ

“Nyukasl”da ciddi itki

“Nyukasl” mərkəz müdafiəçisi Den Börnu 1–1,5 ay müddətinə itirib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb və baş məşqçi Eddi Hau sitat gətirilib.

“Hansı ki, onun qabırğa və ağciyərində problem var. Bərpa müddəti təxminən dörd-altı həftə çəkəcək”, – deyə Hau bildirib.

Xatırladaq ki, Börn yaxınlarda keçirilən Tayn-Vir derbisində “Sanderlend”ə qarşı meydana çıxarkən xəstəxanaya yerləşdirilib. Oyunun sonunda müdafiəçi nəfəs almaqda çətinlik çəkdiyi üçün meydandan çıxmalı olub. “Nyukasl” həmin matçda minimal hesabla məğlub olub.

Seçilən
183
90deqiqe.az

1Mənbələr