AZ

15 gün qaldı: 80 minlik ordu hücuma keçir Türkiyə mesaj gəldi

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Suriya ordusu PKK-SDQ (Suriya Demokrtatik Qüvvələri) strukturlarına verilmiş müddətin bitməsi ilə birlikdə genişmiqyaslı əməliyyat üçün hazırlıqlarını tamamlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, SDQ terror təşkilatının özünü ləğv edib Suriyanın ordusuna inteqrasiya olması üçün verilən müddət 15 günə bitir:

“Prezident Ərdoğan bu gün iştirak etdiyi tədbirdə “10 mart razılaşması mütləq tətbiq olunmalıdır” xəbərdarlığını edib. Türkiyə Suriyada terror təşkilatının qolu hesab etdiyi SDQ-ni yaxından izləyir.

Bu istiqamətə 7 diviziya və təxminən 80 min əsgərin göndərilməsi planlaşdırılır. Hadisələrin gedişinə görə bu sayın daha da arta biləcəyi, əməliyyat zamanı ağır silahlarla yanaşı, pilotsuz uçuş aparatları (PUA), helikopterlər və döyüş təyyarələrinin də istifadə olunacağı qeyd edilir”.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
122
globalinfo.az

1Mənbələr