AZ

"Qəbələ"nin futbolçusu cəzalandırıldı

AFFA "Qəbələ"nin futbolçusu İbrahim Sanqareni cəzalandırıb.

"Football-plus.az" xəbər verir ki, qurumun İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.

28 yaşlı yarımmüdafiəçi Misli premyer-liqasının 15-ci turunda “Kəpəz”lə görüşün 36-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən İntizam Komitəsi onu 2 oyunluq cəzalandırıb. “Qəbələ” 1000 manat cərimə edilib.

Sanqare bu ilin avqust ayından "Qəbələ"nin formasını geyir.

Seçilən
61
1
football-plus.az

2Mənbələr