"Sizi bilmirəm, mənim yaşadığım ərazidə işıqlar tez-tez sönür. Elə “Qarabağ”-“Ayaks” oyunu zamanı da işıqlarımız söndü. İşıqlar sönəndə hamının evində əsl xaos yaranır: Hamı qaranlıqdakı boşluqdan tutaraq nəsə axtarır. Biri telefona əl atır, digəri lampanı, bir başqası şamı axtarır. Qarğış edən kim, deyinən kim... Qurban Qurbanov, “Qarabağ” Azərbaycan xalqı üçün işıqdır".
Ölkə.Az xəbər verir ki, bu sözləri tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib.
O obrazlı dildə qeyd edib ki, bu xalqın sevinc təşnəsi “Qarabağ”dır: “Qarabağ” uduzanda bu xalqın işığı sönür. Ona görə də hamı deyinir, tənqid edir.
İndi görün “Qarabağ” olmasa, necə olar. Depressiyaya düşər bu xalq".
Jurnalist Qurban Qurbanova xitabən qeyd edib ki, “Qarabağ”ı qoruyub saxlamaq missiyası onun üzərinə düşür: "Bizdən imdad gözləməyin. Biz də o xalqa qoşulub sizi tənqid edəcəyik. Azərbaycan reallığında bu “Qarabağ”ı qorumağın nə qədər çətin olduğunu bilirəm. Onu da bilirəm ki, siz olduqca səbirli adamsınız. Bununla belə mən yenə də sizə səbir arzulayıram. Yandırdığınız bu işığa görə sağ olun".