AZ

“Dolina sxemi” virtual dünyaya keçdi – Oyunçu 20 000 MANAT İTİRDİ

Oyunçu “Dolina sxemi” ilə bir milyon rubl itirib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mediası məlumat yayıb.

Məlumata görə, bir oyunçu “Dolina sxemi”nə bənzər üsulla təxminən 20 000 manat dəyərində ziyana düşüb. O, nadir “AWP Dragon Lore” skinini satın alıb, lakin bir neçə gün sonra həmin əşya onun səhifəsindən yoxa çıxıb.

Araşdırma zamanı məlum olub ki, satıcı daha çevik davranaraq “Steam”in dəstək xidmətinə müraciət edib. O, skini fırıldaqçıların təsiri altında satdığını iddia edib. Platforma satıcının iddiasını təmin edərək əşyanı ona qaytarıb.

Lakin alıcı üçün vəziyyət fərqli nəticələnib. “Steam” ona pulu qaytara bilməyib, çünki satıcı həmin vəsaiti artıq hesabdan çıxarmışdı.

Beləliklə, alıcı həm aldığı nadir əşyadan, həm də pulundan məhrum olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
114
interpress.az

1Mənbələr