AZ

"İnter”in müdafiəçisi əməliyyat olunub

“İnter” klubunun müdafiəçisi Denzel Dümfris ciddi zədəsi səbəbindən komanda heyətindən uzun müddət kənar qalacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ayaq biləyi oynağının sabitləşdirilməsi əməliyyatını keçirib.

Niderlandlı müdafiəçinin bərpa müddətinin 2-3 ay çəkəcəyi gözlənilir. Bu səbəbdən “İnter”in baş məşqçisi əsas heyət üzvünü uzun müddət itirəcək.

Cari mövsümdə Dümfris Seria A-da 11 oyunda iştirak edib və 1 qol vurub.

 

Seçilən
108
90deqiqe.az

1Mənbələr