AZ

Türkiyə klubu mərc qalmaqalına görə 3 futbolçusu ilə sağollaşdı

style='margin-bottom:10px;'>

Türkiyənin 1-ci liqasında çıxış edən "Manisa" klubu üç futbolçusu ilə yollarını ayırıb. 

QOL.az xəbər verir ki, klub rəhbərliyi bu addımı mərc oyunları ilə bağlı aparılan istintaq nəticəsində atıb. Beləliklə, müvafiq məsələylə bağlı həbs olunan Kadir Kaan Yurdakul, mərc oynadığı üçün oyunlardan kənar qalan Bartu Göçmen və Fırat İnalın müqavilələrinə xitam verilib. Klub bu barədə Türkiyə Futbol Federasiyasına da məlumat verib.

Qeyd edək ki, Bartu Göçmen və Fırat İnal artıq Peşəkar Futbol İntizam Komitəsi tərəfindən 6 ay müddətinə futboldan uzaqlaşdırılmışdı. Digər futbolçu Samet Karabatak isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb və klubla müqaviləsi qüvvədədir.

Seçilən
26
2
teleqraf.com

3Mənbələr