Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Son günlərdə Türkiyə mediasında "Liverpul"un hücumçusu Məhəmməd Salahın "Qalatasaray"ın transfer hədəflərindən biri olması barədə xəbərlər dolaşır.
Moderator.az "Futbolexspress" nəşrinə istinadən məlumat verir ki, misirli futbolçunun İstanbul klubuna keçidi üçün irəli sürdüyü tələblər açıqlanıb.
İddiaya görə, Salah "Qalatasaray"ın ona illik 25 milyon avroya yaxın maaş verməsini tələb edib. Bununla yanaşı, hücumçu yaşayış üçün ona üçmərtəbəli villanın, səyahət üçünsə özəl təyyarənin ayrılmasını istəyib.
Salah, həmçinin "Qalatasaray"da oynadığı müddətdə reklam haqlarından gələn gəlirlərin də şəxsən ona ödənilməsini tələb edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.