AZ

Lukoil in xarici səhmlərinə daha bir namizəd çıxdı

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Səudiyyə Ərəbistanının "Midad Energy" şirkəti "Lukoil"un təxminən 22 milyard dollar dəyərində xarici aktivləri üçün təklif verib.

"Unikal" xəbər verir ki, bunlara neft yataqları, neft emalı zavodları və dünya üzrə minlərlə yanacaqdoldurma məntəqəsi şəbəkəsi daxildir.

"Midad Energy" sanksiyalar qaldırılana qədər vəsaitlərin potensial olaraq depozit hesablarında saxlanılacağı tam nağd sövdələşmə planlaşdırır.

Amerikanın neft nəhəngləri Exxon Mobil və Chevron, eləcə də investisiya şirkəti Carlyle daxil olmaqla təxminən 10 investor alışa maraq göstərib.

15 dekabrda "Reuters" agentliyi ABŞ Maliyyə Nazirliyinin Amerika bankı "Xtellus"un "Lukoil"un xarici aktivlərini almaq təklifini rədd etdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
127
3
unikal.az

4Mənbələr