AZ

Özbəkistan Tacikistanı belə xilas edir DETALLAR

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Tacikistan Özbəkistandan elektrik enerjisi idxalına başlayıb. Bu da ölkədə enerji təchizatının sabitliyinə artıq müsbət təsir göstərib. Hazırda gündəlik tədarük həcmi təxminən iki milyon kilovat-saat təşkil edir. Tərəflər, Özbəkistan enerji sisteminin imkanları artdıqca, idxalın da artırılmasına ümid edirlər.

Globalinfo.az xəbər verir ki, Mərkəzi Asiya ölkələri regionun Birləşmiş Enerji Sisteminin bərpasına başlayıblar.

“Asia-Plus” nəşrinin məlumatına görə, enerji nazirləri Qazaxıstan və Türkmənistandan elektrik enerjisi tədarükü ilə bağlı ilkin razılığa gəliblər.

Hazırda Tacikistan xarici bazarlara yalnız ölkənin cənub-qərbindən, Özbəkistanın enerji sistemi üzərindən keçən 500 kilovatlıq Reqar–Güzar enerji xətti ilə çıxış əldə edir. Qazaxıstan və Türkmənistan enerjisinin tranziti üçün isə Özbəkistan şəbəkəsinin ötürmə qabiliyyəti nəzərə alınmaqla texniki parametrlərin razılaşdırılması tələb olunur.

Tacikistanın enerji sisteminin Mərkəzi Asiyanın Birləşmiş Enerji Sistemində tam şəkildə paralel işləməsi ölkənin şimal xəttlərinin regional enerji halqasına qoşulmasından sonra mümkün olacaq. Tacikistanın OES Mərkəzi Asiyaya tam qoşulması 2026-cı ilin birinci rübündə gözlənilir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
154
globalinfo.az

1Mənbələr