Bakı. Trend:
"Konstitusiya və Suverenlik İli" münasibətilə elan ediləcəkamnistiya Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə dəqazilərə olan humanist münasibəti, onlara verdiyi yüksəkdəyərdir.
Bunu Trend-əaçıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.
“Təbii ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə beləbir amnistiyanın elan edilməsi hər şeydən öncə AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin humanizminingöstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycandövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onlarınrahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadəedir.
Sözügedən amnistiyada diqqət çəkən ən mühüm nüans isə ağırcinayət törədən şəxslər istisna olmaqla, Vətən müharibəsi vəantiterror əməliyyatlarında iştirak edən hazırkı məhkumlarıncəzadan tam azad edilməsi ilə bağlıdır. Bu, Müzəffər Ali BaşKomandanın vətənin müdafiəçilərinə, torpaqlarmızın ermənifaşizmindən azad edilməsində iştirak edən şəxslərə olan həssas vəehtiram dolu münasibətini əks etdirir. Vətən müahribəsi vəantiterror əməliyyatlarında iştirak edən məhkumların cəzadan tamazad edilməsi onu deməyə əsas verir ki, Azərbaycan dövləti, onunPrezidenti müharibə iştirakçılarını nəinki unutmur, qanunu pozan,öz əməli ilə öz azadlığını məhdudlaşdıran veteranlara da dəstəkvermək, onların yenidən normal həyata qayıtmasını təmin etmək üçünbütün gərəkli addımları atır.
Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatıadından cənab Prezidentə öz minnətdarlığımı bildirir, bu nəcib,xeyirxah təşəbbüsü alqışlayıram. Ümid edirəm ki, amnistiyadanyararlanan bütün vətəndaşlarımız kimi qazilərimiz də, bundansonrakı həyatlarında qanunlara hörmətlə yanaşacaq, bir daha onlarıməhbəsə aparan hər hansı əmələ yol verməyəcəklər”, - deyə obildirib.