AZ

“Mançester Yunayted” Premyer Liqa klubunun yarımmüdafiəçisini transfer etmək istəyir

“Mançester Yunayted” “Bornmut”un 22 yaşlı yarımmüdafiəçisi Aleks Skottla maraqlanır.

İdman.Biz bildirir ki, “qırmızı şeytanlar” bu yay heyətdə dəyişiklik etməyi planlaşdırır və “The Sun” qəzetinin məlumatına görə, ingilis futbolçu transfer hədəfi ola bilər.

Skott 2023-cü ilin yayından bəri “albalılar”da çıxış edir. Bu müddət ərzində yarımmüdafiəçi bütün yarışlarda 67 oyunda meydana çıxıb, üç qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 30 milyon avrodur.

İdman.Biz

Seçilən
111
idman.biz

1Mənbələr