Ermənistan Milli Məclisi məcburi hərbi xidmətin müddətinin azaldılmasını nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda qəbul edib.Bu barədə “Armenpress” məlumat yayıb.
Məlumata görə, layihə 65 lehinə, 4 əleyhinə və 20 bitərəf səslə qəbul olunub.
Qanuna əsasən, 2026-cı il yanvarın 1-dən etibarən ölkədə məcburi hərbi xidmətin müddəti 24 aydan 18 aya endiriləcək.