
Almaniya özünün havadan müdafiə qüvvələrinin Polşadakı missiyasının başa çatdığını elan edib.
Missiya.Az "APA"ya istinadən xəbər verir ki, bu barədə “Reuters“in məlumatına görə, Almaniya müdafiə nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Polşadakı "Patriot" havadan müdafiə sistemləri missiyanın başa çatması səbəbilə Almaniyaya geri gətirilib.
“Patriot sistemlərinin Almaniyaya gətirilməsindən sonra belə, ölkəmiz NATO-nun şərq cinahının ərazisinin və tərəfdaşlarımızın qorunmasına öz töhfələrini davam etdirəcək”, - nazirlik bildirib.