AZ

Mədəniyyət Nazirliyi "MilliNet 2025" müsabiqəsinin qalibləri sırasında yer alıb

Mədəniyyət Nazirliyinin "MyCulture" Vahid Şəxsi Kabineti (https://my.culture.az) "MilliNet 2025" milli internet müsabiqəsinin "İlin rəqəmsal mədəniyyət və turizm həlli" nominasiyası üzrə qalibi seçilib.

Aznews.az xəbər verir ki, mədəniyyət sahəsinin rəqəmsallaşdırılması Nazirliyin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Bu istiqamətdə "e-Culture" rəqəmsal inkişaf strategiyası (2024–2026) çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində mədəniyyət ekosisteminin müxtəlif klasterlərində rəqəmsal həllərin tətbiqi genişləndirilir.

Bu kontekstdə "MyCulture" vahid şəxsi kabineti xüsusi strateji əhəmiyyət daşıyır. "Giriş səhifəsi" (Landing Page) və "Kabinet" bölmələrindən ibarət olan platforma mədəniyyət sahəsində rəqəmsal transformasiyanın bünövrəsini formalaşdırır.

Son iki il ərzində ölkədə mədəniyyət sahəsində ilk dəfə olaraq incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu və yerləşdirilməsi, habelə müsabiqələrə, qrant və təqaüd proqramlarına, attestasiya və işə qəbul proseslərinə müraciətlərin, sənədlərin qəbulu, yoxlanılması və idarə edilməsi kütləvi şəkildə (2025-ci il üzrə unikal giriş sayı təxminən 125000 nəfər) "MyCulture" platforması üzərindən həyata keçirilib.

Platforma ölkə üzrə vahid giriş sistemi olan DigitalLogin (MyGovİD) ilə inteqrasiya edilib, bütün mövcud "login" vasitələri ilə giriş imkanı yaradılıb. Eyni zamanda, müvafiq dövlət strukturları tərəfindən kibertəhlükəsizlik auditlərindən uğurla keçərək, zəruri təhlükəsizlik sertifikatları və protokolları tətbiq olunub. Müasir texnologiyalara əsaslanan innovativ kod strukturu ilə seçilən sistem "Hökumət Buludu" (g-Cloud) infrastrukturuna miqrasiya edilib və yüksək dayanıqlıqla fəaliyyət göstərir.

Seçilən
28
12
aznews.az

10Mənbələr