AZ

Metroda gedişhaqqı 30 qəpik oldu - Bu şəxslər üçün

Ölkənin ilk rəqəmsal bankı “Birbank” qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müştərilərini sevindirəcək kampaniyaya start verir.

News365.az xəbər verir ki, 16 dekabr 2025-ci ildən 4 yanvar 2026-cı ilədək davam edəcək kampaniya müddətində “Birbank Visa” kart sahibləri Bakı metrosundan istifadə zamanı gedişhaqqının sadəcə yarısını ödəyirlər. Bayram günlərində şəhərdaxili səfərlərini daha sərfəli etmək istəyənlər üçün nəzərdə tutulan kampaniyadan yararlanmaq olduqca asandır. Sərnişinlər metro stansiyalarında ödənişlərini “Birbank Visa” (debet və ya taksit) kartlarına bağlı “Apple Pay” və ya “Google Pay” vasitəsilə həyata keçirməlidirlər. Bu zaman balansdan standart 60 qəpik əvəzinə, cəmi 30 qəpik silinəcək.
Seçilən
38
3
news365.az

10Mənbələr