AZ

Stubb etiraf etdi: Azərbaycanla Ermənistan arasında sülh...

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Finlandiya Prezidenti Aleksandr Stubb diqqətçəkən açıqlama ilə çıxış edib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, bir müddət əvvəl Azərbaycan və Ermənistanın sülhə nail olacağına şübhə ilə yanaşıb.

“Əgər ilin əvvəlində kimsə mənə Qəzzada atəşkəsin əldə olunacağını, Ukraynada atəşkəs və mümkün sülh sazişinin imzalanacağını, yaxud Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əldə ediləcəyini desəydi, bunu o qədər də real saymazdım”, – Finlandiya dövlət başçısı vurğulayıb.

Stubbun sözlərinə görə, son aylarda beynəlxalq arenada baş verən proseslər bir çoxları üçün gözlənilməz olub və bu, diplomatiyanın imkanlarının hələ də geniş olduğunu göstərir.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
105
globalinfo.az

1Mənbələr