AZ

NN Park şirkətinin işçisi dələduzluğa görə həbs edildi

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Uber” şirkətlərinin partnyoru olan "NN Park” şirkətinin texniki işçisi dələdzuluq cinayətinə görə həbs edilib. 

Qaynarinfo xəbər verir ki, Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Vüqar adlı həmin şəxsə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun ibtidai istintaq müddətində həbsdə və ev dustaqlığında saxlanıldığı 1  ay 24 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 10 ay 6 gün müddətinə azdlıqdan məhrumetmə cəzası saxlanılıb. 

İş materiallarından məlum olur ki, o, bir nəfərə Çindən "Chanqan Q 05” markalı avtomobil gətirilməsində yardım edəcəyi deyərək bunun müqabilində ondan 13 000 manat alıb. Lakin o, verdiyi vədi yerinə yetirməyib. 

Zərəçəkmiş hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Vüqar saxlanılıb. O, məhkəmə zamanı verilmiş ittihamla özünü təqsirli bilib. 

Seyid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
134
qaynarinfo.az

1Mənbələr