Paris Əmək Məhkəməsi PSJ-ni Kilijan Mbappeyə 61 milyon avro təzminat ödəməyə məcbur edib.
İdmanxeber.az xəbər verir ki, 27 yaşlı fransalı hücumçunun 2024-cü ilin yayında “Real”a azad agent kimi keçməsi zamanı klubla maaş və bonuslarla bağlı mübahisə məhkəməyə daşınıb. Məhkəmə isə PSJ-nin ödənilməmiş maaş və bonuslar üçün 61 milyon avro ödəməli olduğuna qərar verib.
Qeyd edək ki, Mbappe ümumilikdə 263 milyon avro, PSJ isə ona qarşı 440 milyon avro əks təzminat tələb etmişdi.