Bakı. Trend:
Paris Əmək Məhkəməsi PSJ-nin sabiq futbolçusu Kilijan Mbappeyə61 milyon avro məbləğində təzminat ödəməsinə qərar verib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, 2024-cü ilin yayında “Real”a azadagent kimi transfer olunan fransalı hücumçu ilə klub arasında maaşvə müqavilə ilə bağlı yaranan mübahisə məhkəmədə araşdırılıb.
Məhkəmə işin yekununda PSJ-nin Mbappeyə ödənilməmiş maaş vəbonuslar əvəzində 61 milyon avro ödəməli olduğu qənaətinəgəlib.
Xatırladaq ki, 27 yaşlı forvard haqsız müqavilə ləğvi və imzabonusları da daxil olmaqla, ümumilikdə 10 maddə üzrə keçmişklubundan 263 milyon avro təzminat tələb etmişdi.
PSJ isə müqaviləni uzatmamaq qərarını gizlətməkdə və klubumümkün transfer gəlirindən məhrum etməkdə günahlandırdığı Mbappeyəqarşı 440 milyon avro məbləğində əks təzminat iddiasıqaldırmışdı.