AZ

“Düşündüm ki, yəqin evlənmək istəmir” - İradə İbrahimova

Mağənni İradə İbrahimova həyat yoldaşının xəstəliyi olduğunu bildirib.

Milli.Az xəbər verir ki, o, "Söhbət var" verilişində olarkən bu barədə danışıb:

"Biz ailə quranda həyat yoldaşımda "Kleine-Levin sendromu" var idi. Dərmanı yoxdur bu xəstəliyin və dünyada cəmi 10 min nəfərdə var. 3-4 gün yatırlar və oyanmırlar. O sendromlar gələndə ancaq yatmalısan. Biz 2000-ci ildə tanış olmuşuq, 2003-dən etibarən sevgili olduq. Ailəsi ailəm ilə tanış olacaqdı, oteldə yatırdı. Düşündüm ki, yəqin evlənmək istəmir. Biz evlənəndə onun xəstəliyinin sağalmasına son 1 il qalmışdı. Mən nələr çəkmişəm, heç nə göründüyü kimi deyil... Bunlar məni İradə edən, içimi zənginləşdirən duyğulardır. Xəstəlikdə, sağlamlıqda, yaxşı gündə, pis gündə demişdik bir birimizə. Ailə də budur". (olay)

Milli.Az 

Seçilən
144
2
milli.az

3Mənbələr